IMG-LOGO

Oğul atasını öldürdü: anasının maşınına "Sevirəm" yazdığı üçün

15 Jan 2026 17:20 4 baxış
IMG
0 0

Rusiyanın Krasnoyarsk şəhərində 23 yaşlı oğlan avtomobilin üzərindəki yazıya görə atasını öldürüb. Məhkəmə gəncin həbs edilməsi barədə qərar çıxarıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, oğlanın atasını öldürməsinin səbəbi anasının avtomobilin üzərində yazdığı “Sevirəm” sözləri olub.

İstintaq müəyyən edib ki, şübhəli daha əvvəl psixiatrik xəstəlik səbəbilə müalicə alıb. Yanvarın 10-da o, atasına arxadan yaxınlaşıb və ən azı üç dəfə bıçaq zərbəsi endirib. Kişi təcili yardım gəlməzdən əvvəl hadisə yerində dünyasını dəyişib.

Gənc oğlan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, dindirilmə zamanı bildirib ki, son iki il ərzində atasının onu öldürmək istədiyindən qorxub. Bununla belə, atasının tərəfindən hər hansı aqressiv hərəkətlər olmayıb.

Oğula elə gəlib ki, “Sevirəm” sözü onun həyatına qarşı planlaşdırılan sui-qəsd barədə gizli xəbərdarlıqdır və o, qabaqlayıcı şəkildə hərəkət etməyə qərar verib.

Hadisələr

Xəbər lenti