IMG-LOGO

Çin Sədrinin Qırğızıstana bu il dövlət səfəri gözlənilir

15 Jan 2026 15:15 4 baxış
IMG

Çin Sədri Si Cinpinin 2026-cı ildə Qırğızıstana dövlət səfəri gözlənilir.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev mətbuat konfransında bildirib.

"Hesab edirik ki, 2025-ci il Qırğızıstan-Çin münasibətləri üçün çox məhsuldar və uğurlu olub. 2026-cı ilə gəldikdə isə bu da kifayət qədər aktiv olacaq, çünki Çin Sədrinin Qırğızıstana dövlət səfərini gözləyirik. Hazırlıq işləri artıq başlanıb və görüşün gündəliyi zəngin olacaq, bu da ikitərəfli münasibətimizi irəli aparmağa imkan verəcək", - nazir bildirib.

XİN rəhbəri Qırğızıstan-Çin münasibətinin yüksək səviyyədə olduğunu qeyd edib və onu 10 ballıq şkala üzrə 11 balla qiymətləndirib. Onun sözlərinə görə, 2024-2025-ci illərdə iki ölkə arasında, Qırğızıstan Prezidenti Sadır Japarovun Çinə dövlət səfəri də daxil olmaqla, çoxsaylı yüksəksəviyyəli görüşlər baş tutub.

O, həmçinin əlavə edib ki, Qırğızıstan-Çin münasibətləri uzunmüddətli perspektivə malikdir və Bişkek bundan sonra da Pekinlə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Xəbər lenti