IMG-LOGO

XİN başçısı: Cənubi Qafqazda sülhün təmini Türkiyənin ötən il ən çox səy göstərdiyi məsələlərdən olub

15 Jan 2026 13:21 4 baxış
IMG

Cənubi Qafqazda davamlı sülhün təmini 2025-ci ildə Türkiyənin ən çox səy göstərdiyi məsələlər sırasında olub.

"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

O qeyd edib ki, Balkan ölkələri ilə münasibətlər də Türkiyənin gündəmində böyük rol oynayıb:

"Artıq heç bir ölkə xarici siyasətini əvvəldən müəyyənləşdirilmiş şablonlar əsasında irəli aparmır. İttifaqları doğru qurmağa, mənfəəti müəyyənləşdirməyə məcburuq. Böhran vəziyyətindən çıxış yolunu mütləq müəyyənləşdirmək lazımdır".

H.Fidan bildirib ki, region üçün sülh və təhlükəsizliyin təminatı Türkiyənin əsas prioriteti olacaq.

Xəbər lenti