IMG-LOGO

Rəsmi Ankara: İranın regionu riskə atacaq hadisələrə yol verməməsi önəmlidir

15 Jan 2026 13:25 4 baxış
IMG

Türkiyə üçün İranın regionu riskə atacaq hadisələrdən qaçması önəmlidir.

"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 15-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, regionda keçmişdən qalan çoxsaylı problemlər var:

"Bunlardan biri də İranın uzun illər məruz qaldığı sanksiyalardır. Bizim sərhəd qonşumuzla yüz illərə söykənən tarixi əlaqəmiz var. Ona görə də İrandakı hadisələri yaxından izləyirik. Təhlükəsizliyin təmini üçün problemlərin dialoq yolu ilə həllinin tərəfdarıyam. Ona görə də diplomatik səylərimizi davam etdirəcəyik. Ümid edirəm ki, ABŞ və İran aralarındakı məsələni danışıq yolu ilə həll edərlər".

H.Fidan bildirib ki, İran region ölkələri ilə problemlərini vaxt itirmədən həll etməlidir:

"Türkiyə İrana hərbi müdaxiləyə qarşıdır. Beynəlxalq təcridə olanda ölkələr iqtisadi inkişafı geriləyir. Hazırda kənar ölkələrin İrana qarşı iştahını qabardacaq vəziyyət yoxdur. Biz Trampın yürütdüyü siyasətə baxdıqda onların qurudan güc tətbiq ediyini də görməmişik".

Xəbər lenti