Türkiyə bu il NATO-nun gücləndirilmiş hava patrulu missiyası çərçivəsində Estoniya və Rumıniyada qırıcı təyyarələr yerləşdirməyi planlaşdırır.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkə 2026-cı ilin avqust ayından noyabr ayına qədər Estoniyada dörd aylıq ezamiyyət planlaşdırır, bunun ardınca 2026-cı ilin dekabr ayından 2027-ci ilin mart ayına qədər Rumıniyada daha bir rotasiya həyata keçiriləcək.
Bütün bunlar Rusiyanın müttəfiqlərin hava məkanını pozması səbəbindən NATO-nun hava hücumundan müdafiə sisteminin gücləndirilməsi fonunda baş verir.
Bundan başqa, Türkiyə bu ilin iyul ayında NATO-nun növbəti sammitinə ev sahibliyi edəcək.