Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Vilfrid Sinqo karyerasını İtaliyada davam etdirə bilər.
"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb.
25 yaşlı cinah müdafiəçisi "İnter"ə təklif olunub. Milan təmsilçisi mümkün keçidlə bağlı işlərə başlayıb.
Qeyd edək ki, Vilfrid Sinqo 2025-ci ildə "Monako"dan İstanbul klubuna keçib.