İngiltərənin "Nottinqem Forest" klubu futbolçu Aleksandr Zinçenkonun icarə müqaviləsini vaxtından əvvəl ləğv etmək istəyir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 29 yaşlı cinah müdafiəçisi ilə vidalaşmağı planlaşdırır.
Lakin sözləşmədə transferin vaxtından əvvəl ləğvi mexanizmi yoxdur. Bu səbəbdən bu məsələdə məsuliyyət "Nottinqem Forest"in üzərinə düşür.
Zinçenkonun müqavilə ilə məxsus olduğu "Arsenal" da onu heyətində görmək niyyətində deyil. Oyunçunun "topçular"la müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək.
Qeyd edək ki, Aleksandr Zinçenko 2025/2026 mövsümündə "Nottinqem Forest"in heyətində 10 oyuna çıxıb.