IMG-LOGO

Duqlas Koşta İtaliya klubuna keçə bilər

15 Jan 2026 10:03 2 baxış
IMG

İtaliyanın "Kyevo" klubu hazırda azad agent statusunda olan braziliyalı vinger Duqlas Kostanı heyətinə qatmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marsio məlumat yayıb.

Klubun sahibi Pyetro Laterza 34 yaşlı futbolçu ilə 6 aylıq müqavilə imzalamaq niyyətindədir. Plana əsasən, o, daha sonra Laterzanın sahibi olduğu BƏƏ-nin "Əl-İttifaq" klubuna keçəcək.

Qeyd edək ki, karyerası ərzində "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), "Qremio", "Fluminense" (hər ikisi Braziliya), "Los-Anceles Qalaksi" (ABŞ) kimi komandaların formasını geyinmiş Duqlas Kostanın son iş yeri Avstraliya təmsilçisi "Sidney" olub.

Xəbər lenti