IMG-LOGO

Azərbaycanla Niderland arasında iqtisadi tərəfdaşlıq müzakirə olunub

15 Jan 2026 04:52 4 baxış
IMG

Azərbaycanın Haaqadakı səfirliyində Niderland şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə müvafiq məlumat səfirliyin "X" sosial şəbəkə hesabında yerləşdirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycanla Niderland arasındakı əlaqələrin güclü inkişaf dinamikası və gələcək potensialına diqqət çəkilib.

"Xüsusilə biznes, investisiya və ticarət imkanlarının genişləndirilməsi, eləcə də əsas iqtisadi sektorlar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə dair konkret təşəbbüslər diqqət mərkəzində olub", - məlumatda vurğulanıb.

Xəbər lenti