IMG-LOGO

"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalında "Çelsi"ni səfərdə məğlub edib

15 Jan 2026 02:11 3 baxış
IMG

Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun yarımfinalı çərçivəsində səfərdə "Çelsi"yə qalib gəlib.

"Report" xəbər verir ki, paytaxt derbisi 3:2 hesabı ilə başa çatıb.

Yeddinci dəqiqədə "topçular"ın müdafiəçisi Ben Uayt künc zərbəsindən ötürmədən sonra baş zərbəsi ilə hesabı açıb. 49-cu dəqiqədə hücumçu Viktor Dyökereş komandasının üstünlüyünü ikiqat artırıb. 57-ci dəqiqədə "Çelsi"nin vingeri Alexandro Qarnaço fərqi azaldıb. 71-ci dəqiqədə yarımmüdafiəçi Martin Subimendi "Arsenal"ın üçüncü qolunu vurub. 12 dəqiqə sonra Qarnaço dublunu rəsmiləşdirib.

Yarımfinalın cavab oyunu fevralın 2-də baş tutacaq.

Turnirin martın 22-də keçiriləcək finalında bu cütlüyün qalibi "Mançester Siti" - "Nyukasl" cütünün güclüsü ilə qarşılaşacaq.

Xəbər lenti