IMG-LOGO

Rusiyanın məşhur idmançısı kokainə görə cəzalandırılıb

18 Jan 2024 15:06 209 baxış
IMG

Rusiya Antidopinq Agentliyi (RUSADA) ÇSKA-nın basketbolçusu Nikita Kurbanovu üç ay müddətinə diskvalifikasiya edib.

"Report" xəbər verir ki, bu barədə RUSADA-nın rəsmi saytı məlumat yayıb.

37 yaşlı idmançının dopinq testində kokain izləri aşkarlanıb.

Qeyd edək ki, Nikita Kurbanov ÇSKA-da keçirdiyi oyunların sayına görə rekordçudur. O, 11 dəfə Rusiya çempionu olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti