Yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
13:10Sumqayıtda 47 yaşlı fəhlə faciəli şəkildə ölüb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində tikinti şirkətində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Bağırov Nazim Xeyrulla oğlu qumun altında qalaraq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun