IMG-LOGO

İran və Misir XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər

14 Jan 2026 20:08 5 baxış
IMG

İran xarici işlər naziri Abbas Əraqçi ilə Misir xarici işlər naziri Bədr Abdel Ati arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə İran XİN başçısının teleqram kanalında məlumat yerləşdirilib.

Bildirilib ki, tərəflər regional və beynəlxalq hadisələr, həmçinin ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıblar.

İranlı nazir son günlər ölkəsində baş verən hadisələri və sülhsevər etirazların xaricdən müdaxilələr nəticəsində zorakılığa çevrilməsi səbəbilə bir sıra insanların həlak olması hallarını izah edərək misirli həmkarını xarici müdaxilələr və xaosun gedişi barədə ətraflı məlumatlandırıb.

Misirin xarici işlər naziri isə İrandakı hadisələrə təəssüfləndiyini, bölgədə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələrinin yaxın məsləhətləşmələrinin və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Xəbər lenti