IMG-LOGO

İrana məxsus gəmi Xəzər dənizində qəzaya uğrayıb

14 Jan 2026 17:35 3 baxış
IMG

Göyərtəsində 14 heyət üzvü olan İran quru yük gəmisi "Rona" Xəzər dənizində qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, gəmidən SOS siqnalı Türkmənistanın sahil xidmətləri tərəfindən qəbul edilib.

"Türkmənistanın fövqəladə halların aradan qaldırılması və qarşısının alınması ilə bağlı fəaliyyət göstərən dövlət orqanları tərəfindən dəniz səyahəti qaydalarını tənzimləyən beynəlxalq normalara uyğun olaraq insanların xilas edilməsi üçün bütün zəruri tədbirlər görülüb", - məlumatda qeyd edilir.

Nazirliyin məlumatına görə, gəmidə olan 14 nəfərin hamısı uğurla təxliyə edilib. İlkin məlumatlara görə, onlar İran və Hindistan vətəndaşlarıdır.

"Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarda nəzərdə tutulmuş müvafiq prosedurları həyata keçirir", - XİN bildirib.

Xəbər lenti