IMG-LOGO

Azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi üçün tədbirlər planı hazırlanacaq

14 Jan 2026 17:38 3 baxış
IMG

İşğaldan azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Qeyd edilib ki, həmin ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması nəzərdə tutulur.

Bildirilib ki, 2026–2030-cu illərdə mövcud vəziyyətin təhlili, məlumatların sistemləşdirilməsi planlaşdırılır.

Bu barədə tədbirlər planının hazırlanması və təsdiqi, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin "e-culture" platformasına inteqrasiyası həyata keçiriləcək.

Xəbər lenti