İranın "Saypa" klubunun gənclər komandasının 17 yaşlı futbolçusu Rebin Moradi ölkədə keçirilən etiraz aksiyaları zamanı güllələnib.
Lent.az bildirir ki, bu barədə insan haqları üzrə qeyri-hökumət təşkilatı “Hengaw”ın saytında məlumat verilib.
Qeyd olunur ki, Moradi Tehranda öldürülüb.
Moradi Tehran Gənclər Liqasının “Saypa” komandasında oynayıb.
İranda etirazlar dekabrın 28-dən bəri davam edir və ölkənin iqtisadi vəziyyətindən narazılıq yaranıb. Hazırda ölkə daxilində internet və mobil telefon xidməti dayandırıldığı üçün etirazlar zamanı yaralanan və ya ölənlərin dəqiq sayını müəyyən etmək çətindir.
İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin son təsdiqlənmiş məlumatlarına görə, yanvarın 12-nə olan məlumata görə, etirazların dağıdılması zamanı 133 təhlükəsizlik işçisi də daxil olmaqla 646 nəfər həlak olub və 10 mindən çox etirazçı həbs olunub. Digər bir insan hüquqları təşkilatı olan İran İnsan Hüquqları 648 etirazçının öldürüldüyünü bildirir.
Rebin Moradi futbol İran etirazlar güllələnmə