IMG-LOGO

Belçika millisinin futbolçusu "Monako"ya keçib

14 Jan 2026 15:23 2 baxış
IMG

Belçika yığmasının və İngiltərənin "Lester" klubunun futbolçusu Vaut Fas karyerasını "Monako"da davam etdirəcək.

"Report"un məlumatına görə, Fransa təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisini icarəyə götürüb.

Liqa 1 klubu onu birdəfəlik almaq hüququna da malikdir.

Qeyd edək ki, Vaut Fas 2022-ci ildən "Lester"də çıxış edir.

Xəbər lenti