IMG-LOGO

Ukrayna iki il ərzində 90 milyard avro məbləğində kredit alacaq

14 Jan 2026 15:29 2 baxış
IMG

Avropa Komissiyası 2026-2027-ci illər üçün Ukraynanı maliyyə dəstəyi ilə təmin etmək məqsədilə 90 milyard avro həcmində kredit verilməsinə dair təklif təqdim edib.

"Report"un məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Hamımız Ukrayna üçün sülh istəyirik. Bunun üçün Ukrayna güclü olmalıdır. Bu gün biz 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində kredit verilməsinə dair təklifimizi təqdim edirik", - o qeyd edib.

Ukrayna KİV-lərinin məlumatına görə, bu məbləğin 30 milyard avrosu ölkənin dövlət büdcəsinin dəstəklənməsinə, 60 milyard isə hərbi dəstəyə yönəldiləcək.

Xəbər lenti