IMG-LOGO

ABŞ səfiri: Sülh prosesinin məntiqi nəticəsi üçün Bakı və İrəvanla iş aparırıq

14 Jan 2026 13:13 4 baxış
IMG

ABŞ sülh prosesinin məntiqi nəticəsinə nail olmaq üçün Ermənistan və Azərbaycanla işi davam etdirir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn deyib.

"Ermənistan, Azərbaycan və digər regional tərəfdaşlarla işləməyə sadiq qalmağa davam edirik. Məqsəd atdığımız bütün addımların öz məntiqi nəticəsinin olması, Ermənistana və Azərbaycana ədalətli və davamlı sülh və rifah gətirməsidir", - diplomat qeyd edib.

Kuinn bu səylərin region üçün yeni dövrün başlanğıcı olacağına əminliyini ifadə edib.

Xəbər lenti