İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı və bir sıra ölkələrin suveren ərazimizdən kənarda silahların yerləşdirilməsi ilə bağlı narahatlığı beynəlxalq silah bazarına çıxışımıza maneə yaradırdı.
"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Qlobal müdafiə silahları bazarı Ermənistan üçün 2022-ci ildən sonra (Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması) açılıb. Bu Ermənistanın silahları öz suveren ərazisindən kənarda yerləşdirə biləcəyi ilə bağlı narahatlıqların aradan qalxdığı aydın olduqdan sonra baş verib", - N.Paşinyan ABŞ və Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, KTMT ilə bağlı ikinci bir nüans da var.
"KTMT-də iştirakımız bu beynəlxalq silah bazarına çıxış üçün ciddi maneə idi. Bundan əlavə, 2022-ci ildə bizdə elə bir vəziyyət var idi ki, texnika və silah almaq üçün yüz milyonlarla dollar ödənilmişdi, lakin tədarüklər (Rusiyadan) həyata keçirilmirdi. Bu hadisələr bizi o nöqtəyə gətirdi ki, paradiqmanı dəyişdirmək lazım olduğunu anladıq. Buna görə də KTMT-də iştirakımızı dondurmaq barədə qanuni qərar qəbul etdik", - N.Paşinyan vurğulayıb.