Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 14-də iranlı həmkarı Abbas Əraqçi ilə növbəti telefon danışığı aparıb.
"Report"un Türkiyə bürosunun məlumatına görə, nazirlər bölgədə yaranmış vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə və İran XİN rəhbərləri arasında son sutka ərzində iki dəfə telefon danışığı olub.