IMG-LOGO

Baş nazir: Ermənistan Avrasiya İqtisadi İttifaqında mümkün olduğu qədər qalacaq

14 Jan 2026 13:22 4 baxış
IMG

Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) mümkün olduğu qədər qalmağı planlaşdırır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, ölkənin Aİİ-nin üzvü qalmaq və eyni zamanda, Avropa inteqrasiyası yolu ilə getmək imkanı var.

"Avropa İttifaqının (Aİ) standartlarına çatan kimi iki variantımız olacaq - ya bizi İttifaqa qəbul edirlər, ya da etmirlər. Amma hər iki halda biz qazanırıq. Əgər qəbul etməsələr, biz istənilən halda Avropa standartlarına cavab verəcək, inkişaf etmiş və müasir dövlətə malik olacağıq", - o əlavə edib.

Paşinyan əlavə edib ki, Ermənistan hazırda Aİİ və Aİ arasında uyğunsuzluq problemi ilə üzləşmir.

Onun fikrincə, bu uyğunluq mümkün olduğu müddətdə Ermənistan Aİİ-də qalacaq.

Xəbər lenti