IMG-LOGO

"Qarabağ"ın növbəti iki yoxlama oyununun başlama saatı açıqlanıb

14 Jan 2026 13:34 4 baxış
IMG

"Qarabağ" komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə hazırkı ölkə çempionu məlumat yayıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq.

İlk rəqib Xotvatiya təmsilçisi "Osiyek" olacaq. "Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.

Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla üstələyib.

Xəbər lenti