İrandakı etirazlar zamanı ən azı 2571 nəfər həlak olub.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən HRANA hüquq müdafiə təşkilatının məlumatında deyilir.
Ölənlərin 2403-ü etirazçılar, 147-si İran dövlət strukturları ilə əlaqəli şəxslər, 12-si yetkinlik yaşına çatmayan şəxslər, 9-u isə etirazlarda iştirak etməyən mülki vətəndaşlardır.
Daha əvvəl "The New York Times" öz mənbələrinə istinadən üç min nəfərin həlak olduğunu bildirmişdi.