IMG-LOGO

Məhkəmə sədri: İranda etirazlar zamanı saxlanılanları edam gözləyir

14 Jan 2026 12:54 4 baxış
IMG

İranın məhkəmə hakimiyyətinin başçısı Qolam Hüseyn Möhseni Eceyi ölkədəki etirazlar zamanı saxlanılanları sürətləndirilmiş məhkəmə prosesləri və edamların gözlədiyini bildirib.

"Report"un "Sky News"ə istinadən verdiyi məlumata görə, o, bu açıqlamaları 26 yaşlı etirazçı Erfan Soltaninin bu gün planlaşdırılan edamından əvvəl dövlət televiziyası tərəfindən yayımlanan videoda bildirib.

"Əgər biz nəsə etmək istəyiriksə, sürətli hərəkət etməliyik. Proses iki və ya üç ay uzanarsa, effekt fərqli olacaq. Hər şey sürətlə baş verməlidir", - o qeyd edib.

Xəbər lenti