IMG-LOGO

Ermənistan XİN: Vaşinqtonda Rusiya və Türkiyənin TRIPP layihəsində iştirakı müzakirə edilməyib

14 Jan 2026 11:51 3 baxış
IMG

Rusiya və Türkiyənin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsində iştirakı Vaşinqtonda müzakirə edilməyib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O qeyd edib ki, Türkiyənin layihədə mümkün iştirakı məsələsi müzakirə olunmayıb, çünki TRIPP Ermənistan-ABŞ birgə biznes layihəsidir. Lakin aydındır ki, kommunikasiyalar açıldıqdan sonra Türkiyə tərəfinin iştirakı olmadan irimiqyaslı logistik keçidi təmin etmək mümkün olmayacaq.

"Gümrü-Qars dəmir yolu olmadan yüklərin Türkiyə ərazisi vasitəsilə Avropaya çatması mümkün olmayacaq. Məntiqi olaraq, Türkiyə kommunikasiyaların bir hissəsi olacaq, lakin konkret olaraq TRIPP vasitəsilə yox, bəlkə də TRIPP-in davamı kimi", - nazir hesab edir.

Nazirin sözlərinə görə, hazırda Türkiyə ilə kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparılır. O, danışıqların yaxın gələcəkdə nəticə verəcəyinə ümidvar olduğunu deyib.

Xəbər lenti