IMG-LOGO

Xaricdə yaşayan azərbayanlılar üçün II yarımil üzrə Ana dili dərslərinə başlanılır

14 Jan 2026 11:54 3 baxış
IMG

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən "Ana dili – Azərbaycan məktəbi" layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib.

"Report" xəbər verir ki, qeydiyyat üçün son müraciət tarixi yanvarın 28-dir.

Qeydiyyata keçid: https://anadili.agma.az/

Qeyd edək ki, II yarımil üzrə dərslərin fevralın 1-də başlaması planlaşdırılır.

Xatırladaq ki, sözügedən layihə ölkədən kənarda yaşayan azərbaycanlıların Azərbaycan dilini məsafədən öyrənmələrini, ana dilini qoruyub saxlamalarını və milli-mədəni dəyərlərimizə bağlılıqlarının gücləndirilməsini hədəfləyən sosial-təhsil yönümlü təşəbbüsdür.

"Ana dili – Azərbaycan məktəbi" müxtəlif yaş qruplarını və fərqli dil bilik səviyyələrini əhatə edən onlayn tədris modeli əsasında fəaliyyət göstərir. Layihədə iştirak etmək istəyən şəxslər yaş qrupları, Azərbaycan dilini bilmə səviyyələri və yaşadıqları ölkələrin vaxt zonalarına uyğun şəkildə formalaşdırılan qruplara cəlb olunurlar. Bu məqsədlə iştirakçılar əvvəlcədən qısa dil səviyyəsi yoxlamasından keçirilirlər. Tədris prosesi təcrübəli və ixtisaslı müəllimlər tərəfindən interaktiv təlim metodları əsasında, əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həftədə 2–3 dəfə "Microsoft Teams" platforması vasitəsilə tam ödənişsiz formada təşkil olunur.

Tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.

Qeyd edək ki, proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.

Əlavə sual yaranarsa, aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:

Elektron poçt: [email protected]

Əlaqə: +994 51 226 71 21 (WhatsApp, Telegram)

Qeydiyyata keçid: https://anadili.agma.az/

Xəbər lenti