IMG-LOGO

Kompani Bundesliqada uğura imza atıb

14 Jan 2026 11:59 4 baxış
IMG

Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompani Bundesliqada uğura imza atıb.

"Report" xəbər verir ki, o, bunu XVI turda evdə "Volfsburq"u 8:1 hesabı ilə darmadağın etdikləri matçda reallaşdırıb.

Münhen təmsilçisinin baş məşqçisi üçün bu qarşılaşma Bundesliqada 50-ci oyun olub. Belçikalı mütəxəssis bu matçlarda mümkün 150 xaldan 126-sını toplayıb. Bu isə yarış tarixində ikinci ən yaxşı nəticədir.

Kompani bu göstərici ilə "Bavariya"nın digər sabiq baş məşqçisi Hans-Diter Fliki (125 xal) geridə qoyub. Hazırda rekord komandanın sabiq baş məşqçisi Xosep Qvardiolaya məxsusdur. İspaniyalı mütəxəssis Bundesliqadakı ilk 50 oyununda 132 xal toplamışdı.

Qeyd edək ki, "Bavariya" hazırda 44 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti