IMG-LOGO

Bir günə iki QƏTL: dostunu və hadisə şahidini öldürdü

18.01.2024 10:48 79 baxış
IMG

Petropavlovsk-Kamçatskidə kişi dostunu və hadisəyə təsadüfi şahid olan digər adamı qətlə yetirib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, istintaqla müəyyən edilib ki, 57 yaşlı şübhəli şəxs sərxoş vəziyyətdə tanışı ilə münaqişə zəminində ona kürəyindən bıçaq zərbələri, həmçinin yumruq və bərk əşyalarla başına çoxsaylı zərbələr vurub.

Kişi aldığı xəsarətlərdən tibb müəssisəsində dünyasını dəyişib. Həmin gün cinayəti gizlətmək istəyən şübhəli şəxs ətrafdakı 45 yaşlı şəxsə də çoxsaylı bıçaq zərbələri vurub.

İkinci şəxs də aldığı xəsarətlərdən dünyasını dəyişib. Hazırda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb, şübhəli şəxs həbsdədir.

Xəbər lenti