Simone İnzaqini itiriblərmi? Komandanı iki dəfə Çempionlar Liqasının finalına çıxaran "İnter"in keçmiş məşqçisi Səudiyyə Ərəbistanında işləyir.
"Çağırışı qəbul etdim və "İnter"də bir neçə il işlədikdən sonra rahatlıq zonamdan çıxdım. Məşq etmək istədiyim başqa komanda yox idi. Düşüncə tərzimi, oyun tərzimi dəyişdirmək və yeni bir şey sınamaq istəyirəm", - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, italiyalı mütəxəssis 2025-ci ilin iyun ayında "Əl-Hilal"la müqavilə imzaladıqdan sonra bildirib.
Əlbəttə ki, məşqçi isti Ərəbistan yarımadasına tək köçməyib.
Simone İnzaqinin həyat yoldaşı Qayya Lukariello ilə tanış olun!
Belə görünür ki, Qayya İnzaqinin "İnter"dən ayrılmasından Simonenin özündən daha çox narahat olub. O, etiraf edib ki, onun Milanda məşqçi kimi qalmasında israr edə bilərdi, amma tərəddüd edib. Üstəlik, ərinə Malkom, Kulibali və Milinkoviç-Saviç kimi futbolçuların oymadığı klubun təklifini qəbul etməyi tövsiyə edən Qayya olub.
"Bəli, qalmaq istərdik, amma hər dövrün başlanğıcı və sonu var. Bir həyat yoldaşı olaraq, həmişə düzgün məsləhət verməyə çalışıram və bu gün ürəyim mənə başqa cür desə də, ona səhifəni çevirməyi məsləhət gördüm. "İnter"lə keçirdiyim bu dörd il möhtəşəm idi. Bu vida ruhuma ağır gəlir. Bu illəri əbədi olaraq əziz tutacağam. Heç birimiz üçün asan deyil. Amma həyatı işdən ayırmaq lazımdır və bu gün yolumuz başqa yerə aparır. Amma ürəyimin bir parçası burada qalacaq. Əbədi", - Lukariello yayın əvvəlində yazıb.
Qaya Lukariello 1983-cü il feralın 26-da Romada anadan olub. Qışın sonunda 43 yaşı tamam olacaq və İnzaqidən yeddi yaş kiçikdir.
Simone və Qayya 2010-cu ildən bəri birlikdədirlər. Hücumçu yenicə karyerasını başa vurub və “Latsio”nun gənclər komandasına rəhbərlik edirdi. O vaxtlar onun məşqçilik perspektivləri o qədər də aydın deyildi: az adam orta səviyyəli hücumçunun bütün İtaliya kuboklarını qazanacağına inanırdı.
Məlum olur ki, Qayya onun zirvəyə aparan bütün yolunun şahidi olub və bu, olduqca çətin olub: İnzaqi yalnız 2016-cı ildə "Latsio"da baş məşqçi olub.
Qayya və Simone 2018-ci ilin iyun ayında evləniblər. O vaxt Simonenin artıq 42 yaşı var idi və bu, onun ikinci evliliyi idi: birinci evliliyindən 24 yaşlı Tomazzo adlı bir oğlu var.
Cütlüyün iki övladı var: Lorentso və Andrea. Onlar həmçinin “Əl-Hilal”a və atalarına ev stadionlarında tribunalardan azarkeşlik edirlər!
Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi Qayya Lukariello italiyalı mütəxəssisin həyat yoldaşı



















