IMG-LOGO

Abbas Əraqçi və Fransanın XİN rəhbəri İrandakı vəziyyəti müzakirə ediblər

13 Jan 2026 23:07 5 baxış
IMG

İran xarici işlər naziri Abbas Əraqçi Fransadan olan həmkarı Jan Noel-Barrot ilə telefon danışığında xarici qüvvələrin ölkələrin daxili işlərinə müdaxiləsinin pislənməsini tələb edib.

"Report" İran mediasına istinadən xəbər verir ki, söhbət zamanı müxtəlif sahələrdə dövlətlərarası münasibətlər də müzakirə olunub.

Qeyd edək ki, yanvarın 13-də Fransanın xarici işlər naziri Jan-Noel Barrot İranın ölkədəki səfirini Parisə çağırıb. Bununla bağlı "X"dəki hesabında paylaşım edən nazir bildirib ki, İranda dinc sakinləri atəşə tutanlar cəzasız qala bilməzlər.

Xəbər lenti