IMG-LOGO

"Sərhədçi"nin baş məşqçisi: "Bütün oyunlar final əhəmiyyəti daşıyır"

17.01.2024 22:41 124 baxış
IMG

“Bizim oyunlar final əhəmiyyəti daşıyır. Hər matça son qarşılaşma kimi hazırlanırıq".

"Report"un məlumatına görə, bunları “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XI turunda “Şəki”ni 112:82 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib:.

Türkiyəli mütəxəssis “Şəki”nin basketbola yeni qədəm qoyan şəhər komandası olduğunu bildirib: "Federasiya ilə birlikdə yaxşı işlər görürlər, çalışırlar. Düzdür, bir az uğursuz matçlar keçirirlər, oyunları şanssız olur. Ümid edirəm, gələcəkdə daha yaxşı oyun göstərəcəklər, gözəl oyunları ilə hər kəsi sevindirəcəklər. Onlara uğurlar arzulayıram.

Matça gəlincə, başlanğıc templi oldu. Hərəkətli oyun idi. Təkbətək pres etdik, rəqib qısa zonada daha yaxşı olmağa çalışırdı. Bizim oyunçular bu həftə öndə daha sıx oynamağı məşq etdiyinə görə, nəticə oldu. Çox top aldıq, sürətli hücumlarımız olduq, ikinci şansa çox şərait yaratmadıq. İstər hücumda, istər müdafiə olunarkən yaxşı oynadıq. İlk hissədə nəticəni aldıq.

Zədəsiz qələbə əldə etdik. Rəqibin çox atış etməsinə mane olduq. Bundan sonrakı matçlara hazırlaşacağıq”.

"Şəki"nin sükanı arxasında olan Aleks Uco oyuna pis başlamadıqlarını söyləyib: "Amma sonradan müdafiədə yaxşı oynaya bilmədik. Çoxlu səhvlər buraxdıq və rəqib böyük fərq yaratdı. Halbuki son 20 dəqiqə bizim üçün pis keçməmişdi. Bizim əsas oyunçumuz zədəlidir və oyunu buraxırdı. Onun yoxluğu təsirsiz ötüşmədi. Yeni komandamız var. Ümid edirəm, vəziyyətdən çıxa biləcəyik".

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti