IMG-LOGO

Bu il Ağdərənin Çapar kəndində daha 23 ev bərpa ediləcək

13 Jan 2026 14:34 4 baxış
IMG

Bu il Ağdərə rayonunun Çapar kəndində daha 23 ev bərpa ediləcək.

"Report" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısı İlham Əliyevə kənddə görülmüş işlər barədə məlumat verərkən deyib.

Qeyd edilib ki, Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır.

Xəbər lenti