Ermənistan 2026-2028-ci illər proqramı çərçivəsində müdafiə sənayesinin inkişafına 150 milyard dram (393,5 milyon dollar) ayıracaq.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan mətbuat konfransında bildirib.
Hərbi texnika alışı bazarının şaxələndirilməsinin vacibliyini qeyd edən nazir, yerli istehsalın inkişaf etdirilməsinin zəruriliyini də vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ildə yerli şirkətlərlə 5,5 milyard dramlıq müqavilələr bağlanıbsa, indi söhbət 170 milyard dramdan gedir və məhsulların əksər hissəsi verilib.
Nazir, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla silahlanma yarışına girmək niyyətində deyil.