IMG-LOGO

Dövlət Duması Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər göndərəcək

17 Jan 2024 18:45 170 baxış
IMG

Rusiya Dövlət Duması Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək.

"Report" xəbər verir ki, bunu TASS-a Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov deyib.

“Artıq nümayəndə heyətinin göndərilməsi təsdiqlənib”, - o bildirib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti