IMG-LOGO

"Vilyarreal"ın yarımmüdafiəçisi mövsümün sonunda komandasını dəyişəcək

13 Jan 2026 12:57 4 baxış
IMG

İspaniyanın "Vilyarreal" klubunun yarımmüdafiəçisi Tomas Parti mövsümün sonunda komandasını dəyişəcək.

"Report" xəbər verir ki, bu barədə "DAZN Espana" məlumat yayıb.

32 yaşlı futbolçu performansı ilə klub rəhbərliyini razı sala bilmədiyi üçün onunla başa çatan müqavilənin müddəti yenilənməyəcək. Beləliklə, yarımmüdafiəçi cari mövsümün sonunda komandanı azad agent statusu ilə tərk edəcək.

Qeyd edək ki, T.Parti 2024-cü ilin avqustunda "Vilyarreal"a qoşulub. O, bütün turnirlər daxil olmaqla 18 matçda meydana çıxıb və məhsuldar hərəkətlə yadda qalmayıb.

"Transfermarkt" portalı futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir.

Xəbər lenti