IMG-LOGO

Xabi Alonso "Real" tarixində qələbə faizinə görə ən yaxşı altıncı baş məşqçidir

13 Jan 2026 11:45 3 baxış
IMG

İspaniyanın "Real" klubunun ötən gün yollarını ayırdığı Xabi Alonso komandanın tarixində qələbə faizinə görə ən yaxşı altıncı baş məşqçi olub.

"Report" xəbər verir ki, bu barədə "Opta Jose" məlumat yayıb.

44 yaşlı ispan mütəxəssis Madrid təmsilçisində bütün rəsmi turnirlərdə 34 oyun keçirib və bunların 24-də qələbə qazanıb. "Kral klubu" onun rəhbərliyi altında dörd dəfə heç-heçə edibsə, altı dəfə məğlubiyyətlə barışıb. Alonsonun qələbə faizi 70,6-dır.

Siyahıya 2009/2010 mövsümündə "Real"da işləmiş Manuel Pelleqrini (48 oyun, 75 faiz) başçılıq edir. Joze Mourinyo 71,9 faizlə (178 oyun, 2010-2013) ikinci, Radomir Antiç 71 faizlə (36 oyun, 1991/1992) üçüncüdür. 2013-2015 və 2021-2025-ci illər aralığında baş məşqçi olan Karlo Ançelotti 70,8 faizlə (353 oyun) dördüncü, Robert Fert 70,6 faizlə (45 oyun, 1932-1934) beşinci sıradadır.

Xəbər lenti