IMG-LOGO

Bakı və Tokio ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib

13 Jan 2026 10:55 5 baxış
IMG

Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov Yaponiya Baş nazirinin strateji məsələlər üzrə xüsusi müşaviri İsao İidzima ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.

"Report" xəbər verir ki, səfir bu barədə "X" hesabında yazıb.

"Yaponiya Baş nazirinin strateji məsələlər üzrə xüsusi müşaviri İsao İidzimaya nəzakət ziyarəti etmək mənim üçün böyük şərəfdir. İkitərəfli münasibətlərin inkişafı əsas müzakirə mövzusu olub", - o yazıb.

Xəbər lenti