IMG-LOGO

“Tottenhem”in kapitanı ardıcıl 7-ci dəfə Asiyanın ən yaxşı futbolçusu seçilib

17 Jan 2024 16:57 229 baxış
IMG

İngiltərənin “Tottenhem” klubunun kapitanı Son Hın Min ardıcıl 7-ci dəfə Asiyada ilin futbolçusu seçilib.

“Report” xəbər verir ki, 31 yaşlı hücumçu hamıdan çox səs toplayaraq, 2023-cü ilin oyunçusu adına layiq görülüb.

O, ümumilikdə 9-cu dəfə bu fərdi mükafatı qazanıb. Respondentlərin 22,9 faiz səsini toplayan Son Hın Min 19,5 faiz səs yığan “Bavariya”dakı (Almaniya) həmyerlisi Kim Min Ceni qabaqlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti