Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və bu ölkənin Mülki Aviasiya Tənzimləmə Komissiyasının baş komissarı Dayfalla Əl-Faracat mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə ediblər.
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Səfir Şahin Abdullayev İordaniyanın Mülki Aviasiya Tənzimləmə Komissiyasının baş komissarı, kapitan Dayfalla Əl-Faracatla görüşüb. Görüş zamanı mülki aviasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub", - məlumatda qeyd olunur.