Nijni Tagildə qadın əri üçün çağırılan təcili tibbi yardım feldşerinə bıçaqla hücum edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə baş verən gün 49 yaşlı qadın sevgilisi ilə içki içib. Birdən kişi özünü pis hiss edib və həyat yoldaşından təcili yardım çağırmasını istəyib.
Mütəxəssislər dərhal hadisə yerinə gəliblər və qadın feldşer yardım göstərməyə başlayıb. Xəstənin həyat yoldaşı prosesdən narazılığını bildirib, bıçağı götürərək tibb işçisini bir neçə dəfə bıçaqlamağa cəhd edib.
Bundan əlavə, qadın tibbi məhsullar olan çamadanı qapıya doğru ataraq, 13 ampul dərmanı zədələyib.
Qadına qarşı cinayət işi açılıb, iş artıq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Lakin o, təqsirini boynuna almayıb.