IMG-LOGO

Norveç Ukraynaya yeni yardım paketini elan edib

12 Jan 2026 15:58 3 baxış
IMG

Norveç Ukraynanın enerji sektoru üçün 4 milyard kron (təxminən 398 milyon dollar) məbləğində yeni yardım paketini elan edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Norveçin xarici işlər naziri Espen Bart Eyde bildirib.

"Bu, Ukraynanın hazırda çox ehtiyacı olan pullardır. Rusiya həftədə bir neçə dəfə Ukraynada insanların elektriklə təmin edən infrastruktura hücum edir. Ukraynalıların isti evlərində otura bilməsi, yemək bişirməsi və həyatlarını az-çox normal davam etdirə bilməsi onların bu müharibədə davamlılığı üçün çox vacibdir", - o deyib.

Nazir qeyd edib ki, Norveç Ukrayna hakimiyyəti və digər tərəfdaşlarla enerji sektoruna dəstəyin bölüşdürülməsi ilə bağlı daimi dialoq aparır.

Yardım Avropa Yenidənqurma və İnkişaf Bankı və Ukrayna kimi üçüncü ölkələrə Avropa İttifaqı enerji bazarını genişləndirmək məqsədi daşıyan Avropa Enerji Birliyi kimi tərəfdaşlar vasitəsilə yönəldiləcək.

Xəbər lenti