Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşüb.
"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
O, 13-15 yanvar tarixlərində keçiriləcək "Əbu-Dabi Dayanıqlılıq Həftəsi"ndə (ADSW) iştirak edəcək.
İ.Kobaxidze Orta Dəhlizlə bağlı tematik paneldə çıxış edəcək.
Bundan başqa, səfər çərçivəsində Baş nazir iri investisiya şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirəcək.