Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliyaya rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Kasım-Jomart Tokayevin İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur.
Yanvarın 18-də İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani və Qazaxıstan Prezidentinin iştirakı ilə İtaliya-Qazaxıstan investisiyalarına dair dəyirmi masa keçiriləcək, ikitərəfli ticarət sazişlərinin imzalanması gözlənilir.
Yanvarın 19-da isə Kasım-Jomart Tokayev Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşəcək.
Qazaxıstan Prezidenti səfər çərçivəsində, həmçinin BMT-nin Romada yerləşən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Ərzaq Proqramının (WFP) qərargahlarına baş çəkəcək.
Bizim Telegram kanalımıza abunə olun