Göygöl və Goranboy rayonlarında seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri müəyyən edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı Göygöl rayonu ərazisində toplantı keçirilməsi üçün müəyyən edilmiş 25 məkan təyin olunub.
Goranboy rayonunda isə açıq və qapalı yerlər olaraq 36 məkan seçilib.
Bizim WhatsApp kanalımıza abunə olun