Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.
18:02Bakının Binəqədi rayonunun A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışın axtarış-xilasetmə tədbirləri bitib.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.
Bizim WhatsApp kanalımıza abunə olun