Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1983-cü il təvəllüdlü M.Qarayeva və 1984-cü il təvəllüdlü S.Əliyeva xəsarət alıblar.
Onlardan biri mərkəzi rayon xəstəxanasına yerləşdirilib, digəri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun