IMG-LOGO

İranın Milandakı konsulluğunun lövhəsi sökülüb

11 Jan 2026 11:13 5 baxış
IMG

İtaliyada yaşayan iranlılar ölkələrinin Milandakı konsulluğunun lövhəsini sökərək yerinə İslam inqilabından (1979-cu il -Qeyd) əvvəlki, üzərində "Aslan və Günəş" simvolu olan bayrağı qaldırıblar.

"Report" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Yanvarın 10-da baş verən hadisənin iştirakçıları bununla İrandakı etirazlara həmrəylik nümayiş etdiriblər.

Qeyd edək ki, həmin gün Londonda etirazçılardan biri səfirliyin binası üzərindəki İran bayrağını endirib.

Xəbər lenti