IMG-LOGO

Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır

16 Jan 2024 12:12 246 baxış
IMG

Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlik mərhumun yaxınları ilə əlaqə saxlayır.

Ölən şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, yanvarın 15-də Bakının Binəqədi rayonundakı sexdə baş verən partlayışda 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti