Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində Ukraynanı təmsil edən azərbaycanlı idmançı yunan-Roma güləşi üzrə I yeri tutub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə bu, 67 kq çəki dərəcəsində mübarizə aparan Nəsibov Pərviz Paşa oğludur.
O, finalda Fransa təmsilçisinə qalib gələrək qızıl medal əldə edib.
Qeyd edək ki, P.Nəsibov Ukrayna təmsilçisi kimi həm də olimpiya mükafatçısıdır. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında 2-ci yer tutub.
Bizim WhatsApp kanalımıza abunə olun